Azerin
Gerçek adı: Anakhanım Taghiyeva’dır.
Sanat hayatına 5 yaşındayken Azerbaycan Devlet Radyosunda başlamıştır. Küçük yaşlarda devlet büyüklerinin karşısında defalarca sahne tecrübesi kazanan Azerin, 1985′te Moskova’da, 1986′da Gürcistan’da katıldığı uluslararası şarkı yarışmalarında derece kazanmıştır. 1990 yılında Müzik Akademisine girmiştir. 1994′te Türkiye’ye gelen sanatçı, burada da müzik ve sahne eğitimine devam etmiştir.
Azerin’in ilk albümü Kazakistan’da katıldığı ve yine dereceye girdiği “Asyanın Sesi” yarışmasından sonra çıkmıştır. 2004 yılında ikinci albümünü çıkaran Azerin, güzel ve güçlü sesiyle birçok müzik otoritesinden tam not almıştır.
Kendi ağzından hayatı:
Mən Bakı şəhərində doğulub böyümüşəm. Çox sevdiyim valideynlərimin söylədiyinə görə musiqiyə həvəs məndə çox kiçik yaşlardan başlayıb. Hələ 5 yaşımda məni Azərbaycan Dövlət radiosunda uşaq verlişlərindən birinə oxumaq üçün dəvət etmişdilər. Və bu da mənim gələcək həyatımın istiqamətini təyin etdi. O zaman mən əmin oldum ki, musiqisiz yaşaya bilmərəm. Mənim ən xoş xatirələrim 9 il bir yerdə çıxış etdiyim “Cücələrim” ansamblı ilə bağlıdır. Bu ansambl ilə birlikdə mənim C.Cahangirovun “Qarabağ” mahnısını ifa etdiyim Heydər Əliyev adına Sarayla (Lenin adına Saray) ilk tanışlığım oldu. O anları indiyə qədər xatırlayıram - səhnə arxasında dəqiqələrlə davam edən həyəcan, gur işıqlar, 2000-lik zalın gurultulu alqışları və respublikanın mərkəzi konsert zalının səhnəsində dayanmış balaca qız. Sonralar həmin ansamblla biz bir çox səhnələrdə - Moskvada, Leninqradda, Çelyabinskdə, Ukraynada, Latviyada, Litvada, Gürcüstanda çıxış etdik, amma, ilk səhnə həyəcanı mənim qəlbimdə hər zaman qalacaq. A. Şaiq adına 54No-li orta məktəbdə təhsil aldığım müddət ərzində mən iki dəfə musiqi müsabiqələrinin laureatı oldum. Əvvəlcə 1985-ci ildə Moskvada ümumdünya 12 gənclər festivalında, sonra isə 1986-cı ildə Gürcüstanda, gənc ifaçıları musiqi müsabiqəsində. Məktəbdə oxuduğum son illərdə isə A. Cavanşirovun “Bənövşə” xorunun tərkibində çıxış etdim.
Təhsilimi başa vurduqdan və bir illik hazırlıqdan sonra, 1990-cı ildə mən musiqi Akademiyasına, vokal kursuna daxil oldum. Orada gözəl pedaqoq, professor, dosent E. Quliyevadan dərs aldım. Elə həmin il mən Bakıda keçirilən məsuliyyətli bir müsabiqədə - “Odlar Yurdu” müsabiqəsində iştirak etdim və yenə laureat oldum.
Gücümü sınamaq üçün 1994-cü ildə Türkiyəyə getdim. Orada 5 il ərzində dərs keçdim, həmçinin müxtəlif musiqi səhnə və meydanlarımda çıxışlar etdim.
Doğma şəhərə qayıtdıqdan sonra sənət həyatımda çox əhəmiyyətli bir hadisənin - ilk solo albomun hazırlıqlarına başladım. Bu albom 2001-ci ildə - mənim Qazağıstanda diplomant kimi çıxış etdiyim “Asiyanın Səsi” müsabiqəsindən sonra işıq üzü gördü. Bu diskin, həmçinin 2004-cü ildə çıxan diskimin repertuarına korifey sənətkarlarımızın mahnıları, həmçinin xarici klassik musigi nümunələri daxil edilmişdir. İndi üçüncü albom üzərində işlər gedir və ümid edirəm ki, yaxında o işıq üzü görəcək.
http://www.azerin.az sayfasından altıntıdır.





